Azay Quliyev Vyanaya gedir

  • By admin
  • 20 Fevral 2017 17:52

azayyy

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə A.Quliyevin “Tvitter” hesabından yaydığı məlumatda deyilir.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq.

Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək.

Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.