AzTV sədrini öldürməyə cəhdlə bağlı məhkəmə başladı

  • By admin
  • 23 Fevral 2018 11:12

Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV-nin rəhbəri Arif Alışanovu öldürmək cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb. Bu cinayət işini Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Gununsesi.info xəbər verir ki, fevralın 23-də bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxs qismində  dörd nəfər – Şücayət Əkbərov, Qocalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov məhkəmə qarşısına çıxarılıb.

İddia olunur ki, sui-qəsd  cəhdi Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək məqsədilə hazırlanıb. istəyib.

İttihama görə, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarına qədər bu plan üzərində işləyib, ətrafına adamlar toplayıb, tanışları Musabi Namazov, Qoçali Cəbiyev, onun vasitəsilə Zöhrab  Şirinov ilə razılığa gəlib. Q.CəbiyevləM.Namazova söz verilibki, onlar bu işin müqabilində 600 min manat pul qazanacaqlar.

Arif Alışanov ailə üzvləri ilə birlikdə Şamaxının Mədrəsə qəsəbəsindəki evinə gedəndə onu, qızını və sürücüsünü öldürmək planlaşdırılıb. İş materiallarında yazılıb ki, sonradan M.Namazov bu cinayətdən könüllü olaraq imtina edib.

Sonradan bu işi başqa  bir adama həvalə etmək qərarına gəliblər. Q.Cəbiyev tanışı Z.Şirinovu tapıb, ona bu işin müqabilində 100 min manat vəd olunub. Bu dəfə plan hazırlanıb ki,  Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd- Şamaxı şossesində olanda onları yüksəklikdən vurub dərəyə salsınlar. Avtomobilin markası, nömrəsi haqqında da məlumat verilib. Amma Alışanov gözlənilmədən öz avtomaşınında yox, başqa bir avtomobildə gedib.

Amma Q.Cəbiyev əvvəlcədən ona nişan verilmiş“Toyota Land Cruiser” markalı avtomaşını özünün idarə etdiyi “NİVA” ilə bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyib və sonda idarəetməni itirib.

Amma Ş.Əkbərov vəd etdiyi  100 min manatın bir hissəsini Z.Şirinova verib.

İttihamda yazılıb ki, 2017-ci ilin yanvar ayının 11-də növbəti dəfə A.Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəliblər, amma yenə plan baş tutmayıb.

M.Namazov plan haqda hüquq-mühafizə orqanlarına məlumat verib.

Bundan sonra Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıb.

M.Zamanov haqqında işə isə xitam verilib.

Bu iş.üzrə məhkəmə baxışı martın 1-nə təyin olunub.

Gülər

Gununsesi.info