“Bərzani laf anlamırsa, anlayacağı dildə danışmağı bilirik” - BAŞ NAZİR

  • By admin
  • 23 Sentyabr 2017 14:13

bineli-ildirim

“Bu günlərdə İraqın şimalında bəzi hadisələr baş verməkdədir. Orada Bərzani deyir ki, referendum  sevdalısıyam”.

Gununsesi.info “anadolu”ya istinadən xəbər verir ki, bunu  Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, ona yanlış yolda olduğunu dedi: ”Dedik ki, özünü məhv edəcəksən. Axı orada yaşayan insanlarla nə qərəzin var? O bölgədə kürdlər, türkmənlər və ərəblər sülh və qardaşlıq şəraitində yaşayır. Niyə onların hüzurunu pozursan, ayrıseçkilik salırsan? Vaz keç bu sevdadan”.

B.Yıldırım sonda onu da əlavə edib: “Fəqət laf anladı. Amma laf anlamazsa, onun anlayacağı dildə danışmağı bilirik”.

Gununsesi.info