Bəzi adamların səhlənkarlığı üzündən.. - CAVID QURBANOVDAN SENSASİON AÇIQLAMALAR (VİDEO)

  • By admin
  • 18 Mart 2018 20:50

“3 il bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması üçün vaqonlar sifariş edilmişdi. Lakin bəzi adamların səhlənkarlığından müqavilə axıra qədər davam etdirilmədi”.

 

Gununsesi.info xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O, müsahibə zamanı bir sıra mühüm məsələlərə toxunaraq sensasion açıqlamalar verib.

Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmiryolu xəttindəki yeniliklərdən, görülən və görüləcək işlərdən, Bakı və Bakı ətrafında yeni sürət qatarlarının fəaliyyət göstərməsi üçün planlardan və digər məsələlərdən danışıb.

3 il əvvəl sədrin adlarını çəkmək istəmədiyi bəzi adamların səhlənkarlığı üzündən başa çatdırılmayan sifariş yenidən qüvvəyə minib.

“Cənab prezident sərnişin qatarlarının ölkəyə gətirilməsi üçün göstəriş verdi və yeni maliyyə dəstəyi ayrıldı. Artıq qatarları sifariş verimişik, bu il gətiriləcək. Bu dəmiryolu ilə sərnişin daşımaları gələn ilin əvvəlində həyata keçiriləcək”, – deyə Cavid Qurbanov bildirdi.

Bakı-Tiflis-Qars dəmiryolunun ilkin eksprataziya üçün açıldığını deyən sədr layihədə işlərin hansı yerdə olduöu barədə danışdı.

“Dəmir yolunun çəkilişləri əsasən 4 hissədən ibarətdir. Bu 4 əsas hissə hazır olandan sonra dəmir yolu tam işlək vəziyyətdə olur. Bakı-Tiflis-Qars dəmir yolunun 1-ci hissəsi, yəni yol təsərrüfatı 96% hazırdır. Dəmiryolunun elektrik təsərrüfatının 92-94%-i hazır vəziyyətdədir. Bütün bunlar Gürcüstan ərazisində qalan işlərdir.

846 kilometr dəmir yolunun yol hissəsi tamamilə hazırdır. Elektrik şəbəkəsinə gəlincə, Azərbaycan ərazisində problem yoxdur, amma yenilənməsi istiqamətində işlər davam etdiriləcək. Gürcüstan ərazisində olan 267 kilometrin 183 kilometri Azərbaycanın maliyyəsi hesabına yenidən qurulub. 4,4 kilometr tunel artıq başa çatıb.

BTQ-nin Türkiyə ərazisindəki 79 kilometri hazırdır, lakin elektrik şəbəkəsi yoxdur”, – deyə Cavid Qurbanov qeyd edib.

Sədrin sözlərinə görə, Bakı ətrafında 23-26 yeni stansiya tikiləcək. Bu stansiyalar arasında yeni, komfortlu qatarlar fəaliyyət göstərəcək. Bu qatarlarda sürət minimum 100 km/saat olacaq.

Sədr Bakı və Bakı ətrafında sürət qatarlarının hansı istiqamətlərdə hərəkət edəcəyini də açıqlayıb.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Gununsesi.info