Bahar Muradaova cəbhə xəttindədir: - "İnsanlar həmişəki kimi gündəlik həyatlarını sürür"- YENİLƏNİB - FOTOLAR

  • By admin
  • 27 Fevral 2017 17:00
 Bahar-fuzuli
Milli Məclisin   sədr müavini Bahar Muradaova  cəbhə xəttindədir.
Gununsesi.info-ya verilən məlumata görə,  Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə  cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib.
B. Muradova Fizuli rayon İcra Hakimiyyətinin (RİH)  başçısı Alı Alıyevlə  görüşüb və rayondakı ictimai-siyasi vəziyyət, eyni zamanda, cəbhə xəttində yaranmış durumla  bağlı  məlumat alıb.
Cəbhə bölgəsində olan Milli Məclisin vitse-spikeri  RİH başçısı ilə bir sıra tədbirlərdə iştirak edib.
B.Muradova təmas xəttinə yaxın Qazaxlar kəndində yerli əhali ilədə görüşüb. Onların vəziyəti ilə yerində tanış olan B. Murdova kənd sakinləri ilə görüşündə ölkə başçısının həyata keçirdiyi islahatlar, onun nəticələri, həmçinin,  Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında  geniş məlumat verib.
B.Muradova son məlum hadisələrə toxunaraq bildirib ki, Azərbaycan ordusu torpaqların keşiyində ayıq-sayıq durub və  azğın düşmənin istənilən həmləsinə cavab verməyə qadırdir.
B.Muradova  Azərbaycan ordusunun yeni “Lələtəpə zirvəsi”  kimi uğurlu hərbi əməliyyatlara  imza atacağını əminliklə vurğulayıb.
Bundan əlavə olaraq B. Muradova  rayon ərazisində yerləşən hərbi hissələrdə də olub,  zabit və əsgərlərlə görüşüb.
bahar-fuz-1
***

“Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar cəbhədə baş vermiş son hadisələri Ermənistanın Azərbaycan ərazisində olan təcavüzkar qoşunlarının təxribatçı hərəkətləri kimi qəbul edirlər”.

Bunu isə B. Muradova saytımıza açıqlamasında deyib.

B.Muradova son hadisələrin həmin ərazilərdə yaşayan əhali arasında hər hansı təlaşın yaranmasına səbəb olmadığını da açıqlayıb:

bahar-fuz-2

“İnsanlar həmişəki kimi gündəlik həyatlarını sürürlər. Əhali yüksək əhval-ruhiyyədədir, həyəcansız, təlaşsız yaşayırlar və burada real həyat var. Əhali Azərbaycan Ordusunun qüdrətinə güvənərək bu ərazidə yaşayır və Ali Baş komandana, onun rəhbərliyi ilə Ordunun Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edəcəyinə inanırlar”.

B.Muradovanın sözlərinə görə, təmas xəttinə yaxın bölgələrdə insanlar artıq neçə illərdir ki, gərginliklə müşahidə olunan həyat sürməkdədirlər. Ona görə də hansısa bir hadisə onların təlaşa düşməsinə şərait yaratmır:

“Ordumuz istənilən təzyiqin qarşısını alır və düşmənə ciddi zərbələr vurur. İnsanlar da əmindirlər ki, Azərbaycan Ordusu düşmənin istənilən təzyiqinin qarşısını almağa qadirdir”.

bahar-fuz-3

Mürtəza

Gununsesi.info