Bakı çimərliyində qəribə hadisə - TURİSTİ PALTARSIZ QOYDULAR

  • By admin
  • 24 İyul 2017 10:22

1493294935jpg

Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. 

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə gedərək başına gələnlərlə bağlı şikayət ərizəsi yazıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info