“Bakı Metropoliteni” ili 78.7 milyon manatlıq zərərlə başa vurub

  • By admin
  • 22 İyun 2017 15:22

baki-metropoliteni-lider

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 2016-ci ili  78,7 milyom manatlıq zərərlə başa vurub.

Gununsesi.info bunu QSC-nin 2016-ci ilin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, metropolitenin zərəri 2015- ci ilə nisbətən 2.7 dəfə artıb.  Belə ki, həmin ili QSC-nin zərəri 28.3 milyon manat təşkil etmişdi. Sənəddə göstərilir ki, səhmdar səmiyyətin əsas gəlirləri sərnişindaşınmadan və dövlət büdcəsi hesabına alınan subsidiyalar hesabına formalaşır.  Belə ki, hesabat dövründə sərnişindaşınmada əldə olunan gəlirlər 42.2 milyon manat olub.  2015-ci ilə nisbətə metroda sərnişindaşınmadan əldə olunan gəlir 743.6 min manat və ya 1.7 faiz azalıb.

Dövlət büdcəsindən ayrılan subsidiyalarda isə heç bir dəyişiklik yoxdur-38 milyon manat.

Xərclər bölümünə baxdıqda isə, əsas artım elektik enerjisi, su, çikab su və qrunt suları, amortizasiya və məzənnə fəqrindən yaranan xərclərdə müşahidə edilir. (Cədvələ bax.)

cedvel metro

Göründüyü kimi, amortizasiya xərcləri 2 dəfə,  məzənnə fərqindən yaranmlş xərclər isə 6.8 dəfə artıb.

Maraqlıdır ki, işçi heyətinin saxlanma xərclərində 2 milyon manata yaxın azalma var. Çox güman ki, bu azalma ixtisarlarla bağlı ola bilər.

Vüsalə Rüstəmova

Gununsesi.info