Bakı metropolitenində “Wi-Fi” olacaq

  • By admin
  • 20 Sentyabr 2017 20:29

metrojpg
“Azərtelekom” MMC Bakı metropoliteninin qatarlarında “Wi-Fi” şəbəkəsinin yaradılmasını təklif edir.

Gununsesi.info-nun Trend-ə istinadən məlumatına görə, bu təkliflə şirkətin biznes inkişaf üzrə direktoru Səbinə Məmmədli “Caspian European Club”ın təşkil etdiyi nəqliyyat biznes forumu zamanı çıxış edib.

Onun sözlərinə görə, “Azərtelekom” bu təkliflərlə Dövlət Radiotezliklər İdarəsinə müraciət edib:

“Amma qarşımızda dayanan başlıca problem yeni texnologiyaların, xüsusilə də simsiz rabitənin 2002-ci ildən dəyişməyən tarifləridir. Əgər bu layihəni hazırkı tariflərlə tətbiq etsək, bu səmərəli olmayacaq”.

S.Məmmədli əlavə edib ki, onlar hazırda bu məsələ ilə bağlı Tarif Şurasının qərarını gözləyir.

 

Gununsesi.info