Bakı-Qazax magistral yolunda maşın aşdı, xəsarət alanlar var

  • By admin
  • 25 Fevral 2017 09:36

yollllllllllllllllllllllllllllllllll

Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.

Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Gununsesi.info