Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017
11 Dekabr 2017

23 Noyabr 2017 - 18:13

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsiÇOXSAYLI NÖQSANLARA YOL VERİB

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsində dövlət satınalmalarında çoxsaylı nöqsanlara yol verilib.

Hesablama Palatasından Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə  proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri  düzgün qiymətləndirilməyib, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmayıb,  ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə  sifarişlər  tələb edilməmiş, həmçinin zərurət olmadığı halda  bəzi xərc maddələri üzrə dürüstləşmə  aparılsa da, artırılmış xərclərdən istifadə olunmayıb, nəticədə icra ilkin təyinatdan aşağı olub, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar  vəsaitlər üzrə daxilolmalar  müvafiq olaraq 27,3 %, 30,4% və 44,7% təşkil edib.

Əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək  işçilərin tarif dərəcələrinin  düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən  işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına  əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilmiş,  bəzi hallarda  tədris planında  nəzərdə tutulmuş  fənn saatlarının  tədrisi tam  təmin edilməmiş, bəzi mədəniyyət  evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb.

Malların (iş və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Qanunun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də,  dövlət satınalmalarını tənzimləyən  digər qanunvericilik  aktlarının bəzi tələblərinə  bir sıra hallarda əməl edilməmiş, satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılıb, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilib, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilib, 49 halda keçirilən satınalmalar üzrə müqavilələrdə  nəzərdə tutulmayan malların alışı həyata keçirilib.

Təşkilatlar  tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməmiş, təşkilatlardan nağd qaydada təhvil götürülsə də 42214,0 manat vəsait uçota alınmayıb, təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq müqavilə şərtlərinə əməl edilməyib.

Gununsesi.info





loading...