Bakı sakinindən silah-sursat aşkar edilərək götürüldü

  • By admin
  • 25 Fevral 2017 12:37

silah-5

Bakı şəhər sakinindən odlu silah və vasitələri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Bədirovdan qundağı kəsilmiş “AK-74” markalı silah, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info