Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb

  • By admin
  • 21 Avqust 2017 13:30

qandal-qolda

Bakı şəhər sakininə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən R.Məmmədrzayev tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 19-da Bakı şəhər sakini Kənan Mikayılova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Rza Məmmədrzayev Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar

Gununsesi.info