XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

19 Yanvar 2018 - 17:14

Bakı və Abşeronda müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil- AMEA

“Bakı və Abşeron yarımadasında müşahidə edilən hava şəraiti yanvar ayı üçün səciyyəvi deyil”.

Gununsesi.info xəbır verir ki, bunu apa-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Direktor müavinin sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın temperaturu yanvar ayı üçün bir qədər yüksəkdir: “Azərbaycana 8 istiqamətdən hava kütləsi daxil olur. Bu havakütlələrindən 7-si kənardan gəlir. Qalan hava kütləsi isə respublikamızın ərazisində formalaşır. Bakı və Abşeron yarımadasında yerli hava kütləsi hakim olduğu üçün belə bir havaşəraiti hökm sürür. Hazırda Rusiya ərazisində soyuq hava şəraiti hökm sürür, arktik hava kütlələri hakimlik edir. Lakin həmin havakütləsi güclü olmadığından bizim ərazimizə gəlib çata bilmir”.

M.Həsənov qeyd edib ki, adətən belə hava şəraiti uzun müddət davam etmir: “Yəqin bu axşam, yaxud da sabah Bakı və Abşeron yarımadasında hava şəraiti xeyli dəyişəcək. Temperatur bir qədər enəcək, güclü külək müşahidə olunacaq”.

Gununsesi.info