Bakı və Sumqayıtda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas olundu

  • By admin
  • 27 İyul 2017 20:17

batmaq

Sumqayıtda bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Corat qəsəbəsində baş verib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Digər oxşar hadisə Bakının Xəzər rayonunda olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş şəxsi xilas ediblər.

Gununsesi.info