Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir - DÖVLƏT AGENTLİYİ

  • By admin
  • 18 Oktyabr 2017 11:45

3

“2016-cı ildə Azərbaycanda 15 minə yaxın mənzil, 12 mindən çox fərdi yaşayış evi istifadəyə verilib”.

Gununsesi.info xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktorunun müavini Sadıq Sadıqov bildirib.

Onun sözlərinə görə, ölkənin inşaat sektorunda 100 minə yaxın işçi çalışır.

“Təkcə Bakıda 100-ə yaxın çoxmərtəbəli bina tikilir. 1843 ailəni yeni mənzillə təmin edəcək MİDA-nın Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam edir və 2018-ci ilin yayında təhvil verilməsi planlaşdırılır. Kompleksin tikintisində 20-dən artıq şirkət podratçı qismində iştirak edir. Tikintiyə ümumilikdə 3500-ə yaxın işçi cəlb olunub. Agentliyin hazırda layihələndirmə mərhələsində olan yeni yaşayış kompleksi 3000 mənzildən ibarət olacaq”, – deyə qurum rəsmisi vurğulayıb.

Gununsesi.info