Bakıda 15 və 17 yaşlı iki bacı yoxa çıxıb

  • By admin
  • 21 İyul 2017 15:32
5971bf6156968_1500625978_sfsdf
Bakıda iki bacı itkin düşüb.
Gununsesi.info Lent.az-a istinadən  xəbər verir ki, Abşeron rayon sakini olan 2000-ci il təvəllüdlü Məcnunova Həqiqət Elton qızı və onun 15 yaşlı bacısı Aytəkin dünən səhər saatlarında paytaxt ərazisində itkin düşüb. Qızların yaxınları bu barədə polisə müraciət edib və onların xarakterik əlamətlərini, eləcə də fotolarını təqdim ediblər.
Bildirilir ki, gənc qızlar son olaraq Bakı şəhər Nəsimi rayonu Cavadxan küçəsində tanışlarının evində olublar və həmin mənzili tərk edəndən sonra onlar barədə məlumat almaq mümkün olmayıb.
Axtarış tədbirləri həyata keçirilir.

Gununsesi.info