Gununsesi.info xəbər verir ki, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, bacı olan qadınlar dəm qazından zəhərləniblər.

Onlara lazımı tibbi yardımlar göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu polis bölməsində təhqiqat araşdırmaları aparılır.

Gununsesi.info