Bakıda 4 nəfər maşının altında qalıb öldü

  • By admin
  • 23 Oktyabr 2017 11:12

piyada_olumu_233

Bakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsində “Lada” markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə “Honda” markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada “Mercedes” markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.

Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında “Daewoo” markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Gununsesi.info