Bakıda 46 yaşlı qadını maşın vurub

  • By admin
  • 19 Yanvar 2018 21:50

Paytaxtın Sabunçu rayonunda piyadanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

“VAZ 2107” markalı avtomobil 46 yaşlı Əzizova Fədayə Məhəbbət qızını vurub. Sürücü xəsarət alan qadını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info