Bakıda ağır yol qəzası - YAŞLI QADIN DÜNYASINI DƏYİŞDİ

  • By admin
  • 19 Sentyabr 2017 19:32

705fa508679a3f14569763d8399d9b2b

Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev prospektində (“Günəş” şadlıq sarayının qarşısı) “VAZ 2104” markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb. Aparılan araşdırmalar nəticəsində ölən qadının 1949-cu il təvəllüdlü Balayeva Pakizə Əliheydər qızı olması müəyyən edilib.

Gununsesi.info