Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

17 Oktyabr 2017 - 10:16

Bakıda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına həsr olunan beynəlxalq konfrans keçiriləcək

48071

Oktyabrın 19-da Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” adlı birinci beynəlxalq konfrans keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, tədbirin təşkilatçısı Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Konfransın işində Avropa İttifaqı və Beynəlxalq Bankın, BMT-in İnkişaf Proqramı, Rusiya, Estoniya, İngiltərə, Polşa, İsveçrə, Çin və digər ölkələrin nümayəndələri iştirak edəcəkdir.

Konfrans çərçivəsində ictimaiyyətə dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan innovativ dövlət startapı kimi Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə konsepsiya təqdim olunacaqdır. Konfransda elektron imzanın tətbiqi və qarşılıqlı tanınması, ixrac prosedurlarının sadələşdirilməsi, qeyri-rezidentlərə elektron imzanın verilməsi, şirkətin distant yaradılması və idarə edilməsi, eləcə də elektron kommersiya sahəsində yeni həllər mövzusu müzakirə oluncaqdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı –elektron tranzaksiyaların hüquqi qüvvə daşıyacağı və elektron ticarətin iştirakçılarının portalda qeydiyyatı prosedurunun hüquqi şəxslərin reyestri vasitəsilə dövlət tərəfindən təsdiqlənəcəyi elektron ticarətin innovativ platformasıdır.

Çıxış nitqindən sonra konfrans iki müzakirə panelinə ayrılacaqdır: “Rəqəmsal Ticarət Qovşağı beynəlxalq ticarət və Azərbaycanın iqtisadi inkişafının drayveri kimi və transsərhəd ticarətin innovativ həlləri” və “Rəqəmsal Ticarət Qovşağı – dövlət və özəl sektorlar arasında əməkdaşlıqda maksimum sinenerjinin təmin edilməsi üçün vasitə kimi”.

“Asan İmza” mobil elektron imzanın operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe birinci müzakirə panelinin moderatoru kimi çıxış edəcəkdir. İkinci müzakirə panelinin moderatoru isə “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov olacaqdır.

Qeyd etmək lazımdır ki, hal-hazırda “Asan İmza” Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən işlənib hazırlanan, dövlət və özəl sektorun partnyorluq prinsiplərinə əsaslanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına inteqrasiya edilmişdir. Bu gün Portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır. Bu Sərəncamın davamı olaraq, 12 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “www.azexport.az” internet portalı haqqında “Əsasnamə” təsdiqlənmişdir. Əsasnaməyə görə Portaldan gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə qeydiyyatdan keçmiş istifadəçilər, Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatda olan şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibi və imzalanması, eləcə də xidmətlərdən istifadə, ümumiyyətlə portalda həyata keçirilən bütün digər prosedurlar gücləndirilmiş elektron imza olan “ASAN imza” vasitəsilə reallaşdırılır. Konfransda həminin layihə xarici vətəndaşlara “Asan İmza” istifadəçisi olmağa, bu isə öz növbəsində onlara Azərbaycanda təqdim olunan elektron xidmətlərə əlyetərlilik və əlbəttə ki, dünyanın istənilən nöqtəsindən öz fəaliyyətlərini həyata keçirməyə imkan verən m-Residence layihəsi nümayiş etdiriləcəkdir. Bu yaxınlarda istifadəyə verilən AsanDoc.az portalı sayəsində isə orada autentifikasiya vasitəsi kimi tətbiq olunan “Asan İmza” vasitəsilə elektron formada istənilən sənədi imzalamaq mümkündür. Bundan əlavə portalda Azərbaycanda fəaliyyət göstərən dövlət müəssisələri və bankları ilə asan və hüquqi baxımdan qanuni əlaqə təmin edilmiş, eləcə də özəl şirkətlər ilə sənəd dövriyyəsi prosesi sadələşdirilmişdir.

“Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı – inkişaf perspektivləri” adlı birinci beynəlxalq konfransın keçirilməsi bu konsepsiyanın inkişafında daha bir addım olacaqdır. Tədbir çərçivəsində elektron hüquqi sənədlərin transsərhəd mübadiləsi və Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə  “Qazinformservis” (Rusiya), UTC GIS (Rusiya), eləcə də Asseco Data System (Polşa) şirkətləri ilə elektron imzaların qarşılıqlı tanınması sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıq bunun təsdiqi ola bilər.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...