Bakıda azyaşlının başına televizor düşüb

  • By admin
  • 08 Dekabr 2016 17:55

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1

Bakıda 4 yaşlı uşağın başına televizor düşüb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

Nəticədə Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Gununsesi.info