Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Oktyabr 2017 - 15:24

Bakıda baş redaktorun avtomobilini yararsız hala saldılar– FOTOLAR

6

10 oktyabr 2017-ci ildə, saat 17:00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

Gununsesi.info big.az-a istinadən xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq, istifadəyə yararsız hala salınıb.

Mehriban xanımın sözlərinə görə, o, avtomaşını saxlayıb-gedib, bir saatdan sonra gəlib ki, avtomobil şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-ci polis bölməsinin təhqiqatçısı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb.

Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə avtomobilin şini bu şəkildə doğranaraq, yararsız hala salınıb. Lakin indiyə kimi polis həmin hadisələrdən heç birinin üstünü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun avtomaşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə, avtomaşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.