VİDEO




Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

XƏBƏR LENTİ

27 İyul 2017
26 İyul 2017

17 İyul 2017 - 08:20

Bakıda bir gecədə 3 bıçaqlanma hadisəsi:1 NƏFƏR QƏTLƏ YETİRİLDİ, 2 NƏFƏR AĞIR YARALANDI

intihar bicaq

Bakıda qətl törədilib.

Gununsesi.info-nun məlumatına xəbərinə görə, qanlı hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Əhmədov Vasif Şirməmməd oğlu bıçaqlanıb. V.Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir neçə nəfər onu küçəyə çağırıb. Yaşadığı evin yaxınlığında həmin şəxslərlə mübahisə zamanı onlardan biri V.Əhmədova bıçaqla xəsarətlər yetirib. 30 yaşlı gənc yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qətlin təfərrüatlarını Suraxanı rayon prokurorluğu araşdırır. Faktla əlaqədar əməliyyat-axtarış işlərinə başlanılıb.

Eyni zamanda, Bakının Nizami rayonunda bir gecədə iki nəfər bıçaqlanıb.

Hadisələrin birində 1982-ci il təvəllüdlü Fərəcov Elməddin Elbəyi oğlu tanımadığı şəxslərin bıçaqlı hücumuna məruz qalıb.

Müxtəlif nahiyələrindən xəsarət alan 35 yaşlı kişini 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar. Cərrahi əməliyyatdan sonra onun vəziyyətinin orta ağır olduğu deyilir.

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş vermiş digər qanlı hadisə zamanı 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğluna bıçaqla xəsarət yetirilib. Onun da tanımadığı şəxslə mübahisə zamanı bıçaqlandığı bildirilir. E.Səmədzadə hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd edək ki, hər iki cinayət faktını Nizami RPİ-nin istintaqçıları araşdırır.

Gununsesi.info

 





loading...
Loading...