Bakıda bu yolda hərəkət məhdudlaşdırılır

  • By admin
  • 23 Fevral 2018 22:42


Bakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Gununsesi.info