Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

  • By admin
  • 26 İyul 2017 19:45

bogulma
Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info