Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 14:48

Bakıda daha bir köçürülmə qalmaqalı- "ŞANXAY" SAKİNLƏRİ MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏYİRLƏR (MÜRACİƏT)

9

Bu ayın sonunadək Keşlədəki “Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Sentyabrın 11-də 100 ailəyə bildiriş paylanılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə yerli mətbuata sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, dəmir yoluna yaxın evlərin ölçülməsi və siyahıya alınması işləri tamamlanıb. Amma qiymətləndirmə ilə bağlı bildirişlər narazılığa səbəb olub. Sakinlər isə yenidən ölçmə və qiymətləndirmə aparılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini bildiriblər.

“Bütün sakinlər “Vahid Qiymətləndirmə Şirkəti” MMC-nin ölçüm və qiymətləndirməsindən narazıdır. Sahəsi çox olan evlərin əksəriyyətində sahə az göstərilib, hətta otaqlar belə qeyri-yaşayış sahələri kimi qeydiyyata alınıb. MMC ekspertlərinin fikrincə, mənzillərin hündürlüyü standartlara uyğun deyil, bu isə mənzilin ümumi sahəsinə təsir edir”, – sakinlərin sayta ünvanladıqları şikayətində deyilir.

Şikayətçilər əlavə ediblər ki, evlərin hər kvadrat metri 500-1000 manat arasında hesablanıb. Belə ki, yaşayış sahəsi 1000, qeyri-yaşayış sahələri 500 manatdan hesablanıb. Bir çox evlərdə hamam, ayaqyolu, mətbəx, həyət nəzərə alınmayıb. “Verilən kompensasiyanı alanlar var, onlar həmin məbləğə Bakıətrafı qəsəbələrdən belə ev ala bilmirlər. Kompensasiya bankdan alınır, ödənilən məbləğ üçün faiz tuturlar”.

Sakinlər ölkə rəhbərliyinə mürciət ediblər. Onlar yenidən qiymətləndirmə aparılmasını istəyirlər.





loading...