Bakıda iki avtomobil yanıb

  • By admin
  • 20 Sentyabr 2017 23:20

fhn-yangin-sonduren
Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda “Opel” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanmış “Toyota” markalı minik avtomobilinin sağ hissəsi yararsız vəziyyətə düşüb. Avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info