XƏBƏR LENTİ

20 Fevral 2018

21 Yanvar 2018 - 11:15

Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı –BİRİ ÖLDÜ


Bakıda huşsuz vəziyyətdə tapılan iki nəfərdən biri ölüb. Lent.az xəbər verir ki, Naximov küçəsində yerləşən mənzilin mətbəxində paytaxt sakini, 1970-ci il təvəllüdlü Musayev Musa Fərman oğlu və Ucar rayon sakini, 1974-cü ildə anadan olmuş Əsgərov Ceyhun Tahir oğlu huşsuz vəziyyətdə aşkarlanıb. Onların ikisi də xəstəxanaya yerləşdirilib. Lakin C.Əsgərovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hər iki şəxs dəm qazından zəhərlənib. Onlar dost olublar.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info