Bakıda mənzildən meyit tapıldı

  • By admin
  • 25 Oktyabr 2016 15:00

meyid

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:34-də başa çatıb.

Anar

Gununsesi.info