Bakıda maşın yanıb

  • By admin
  • 27 Fevral 2017 16:20

avtomobil-yangini

Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin yük hissəsi, salonu və mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info