Bakıda “Müqəddəs müdafiə həftəsi” keçirilib

  • By admin
  • 22 Sentyabr 2017 20:10

68044c32d1891668e07efa8a2a451ffe

İran İslam Respublikasında ”Müqəddəs müdafiə həftəsi”nin başlaması ilə əlaqədar bu gün Bakıda rəsmi tədbir keçirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, tədbirdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İranın hərbi attaşesi, polkovnik Əli Seyfi, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbir zamanı 80-ci illərdə baş vermiş İran – İraq müharibəsi zamanı həyatını itirən şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı hərbi attaşesi, polkovnik Ə. Seyfi bildirib ki, İran-İraq müharibəsinin başladığı 1980-ci il 22 sentyabrdan etibarən İranda hər il ”Müqəddəs müdafiə həftəsi” keçirilir. Onun sözlərinə görə, İran xalqının sarsılmazlığı İraqla müharibədə İran dövlətinin məğlub olmamağına gətirib çıxartdı. “Bütün dünyada, eyni zamanda İranın həmsərhəd olduğu ölkələrdə, o cümlədən Azərbaycanda sülh və əmin – amanlığın olmasını arzulayıram”, – deyə hərbi attaşe vurğulayıb.

Qeyd edək ki, “Müqəddəs müdafiə həftəsi” İraq-İran müharibəsinin başlanması və İran xalqının Vətənin müdafiəsinə qalxması günü münasibətilə keçirilir.

Gununsesi.info