Bakıda oğurluq edən şəxs tutulub

  • By admin
  • 17 Avqust 2017 13:30

qandal-qolda

Yasamal rayonu ərazisindəki evlərdən birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 29-da rayon ərazisindəki evlərdən birindən 12.000 manatı və 1800 ABŞ dolları, habelə qızıl üzük oğurlamaqda şübhəli bilinən Elvin İsrafilov tutulub.

Anar

Gununsesi.info