Bakıda qətl törədilib

  • By admin
  • 21 Fevral 2018 10:25

 

Rayon sakini, 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyı bıçaqlayaraq öldürüb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

S. Əzimov saxlanılıb.

 

Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 Gununsesi.info