Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 16:22

Bakıda sərnişin avtobusu həyəcanlı anlar yaşatdı– SÜRÜCÜ İŞDƏN AZAD OLUNDU (VİDEO)

1 (3)

Bakıda 40 nömrəli avtobus yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqamətində yüksək sürətlə hərəkət edib.
 
Gununsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.
Videodan görünür ki, Sabunçu dairəsindən Neapol meydanına hərəkət edən sərnişin dolu 40 nömrəli avtobusun sürücüsü avtomobili əks istiqamətdə sürür.
Sözügedən hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 13.10.2017 tarixində sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət edib.
“Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb. Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.
Bir daha qeyd edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir.
Məlum videogörüntünü çəkib sosial şəbəkədə paylaşanlara da ayrıca təşəkkürümüzü bildiririk. Bakı Nəqliyyat Agentliyi bu gün marşrut şəbəkəsində mövcud problemlərin həllində məhz bu cür ictimai nəzarətin önəmli olması qənaətindədir”.

Gununsesi.info





loading...