Bakıda sərnişin avtobusu yük maşınına çırpılıb, SƏRNİŞİNLƏR TƏXLİYƏ OLUNUB

  • By admin
  • 14 Dekabr 2017 11:48

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə saat 11 radələrində Zabrat-Maştağa yolunda baş verib. 166 nömrəli xətt üzrə hərəkət edən avtobus işıqforda dayanmış yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobusa ciddi ziyan dəyib.

Avtobusda olan sərnişinlər təxliyə olunub.

Gununsesi.info