Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

14 Dekabr 2017 - 16:48

Bakıda Şaxta baba və Qar qız olmaq istəyənlər icra hakimiyyətinə müraciət etdi
Yeni il günlərində Bakıda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərməyə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) cəmi 5 müraciət daxil olub. 
Gununsesi.info xəbər verir ki, bu barədə “report”a açıqlamasında BŞİH-in Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, sabahdan, dekabrın 15-dən etibarən onların fəaliyyətinə icazə veriləcək: “Onların icazə aldığı gündən asılı olmayaraq yanvar ayının 13-nə kimi fəaliyyət göstərəcəklər. Hesab edirəm ki, o zamana kimi müraciət edənlərin sayı artacaq. Müraciət edən cütlüklər metronun “Nərimanov” stansiyasının yaxınlığındakı parkda, “8-ci kilometr” ərazisində yerləşən Heydər Əliyev parkında, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı Hüseyn Cavid parkında və digər ərazilərdə fəaliyyət göstərəcəklər”.
Ə.Bağırov bir daha xatırladıb ki, Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ayrı-ayrılıqda 60 manat dövlət rüsumu ödəməlidirlər.
Ötən illərlə müqayisədə müraciətlərin sayında azalmanın qeydə alındığını deyən qurum rəsmisi bildirib ki, keçən il ümumilikdə 17 müraciət olub: “Bu rəqəm 2015-ci ildə 30 idi. Yəni, ildən-ilə müraciət edənlərin sayında azalma olur. Bu da fotoqraf kimi fəaliyyət göstərmək istəyənlərin müraciət etməməsi ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın gəlir yeri məhz fotoqraflar idi. İndi isə hər kəs öz telefonu ilə şəkillər çəkir və fotoqraflara ehtiyac qalmır”.
“Bütün park və bağlarda Şaxta baba və Qar qızların olub-olmamasına baxmayaraq, şam ağaclarının bəzədilməsinə başlanılıb. Parklarda adətən yerli icra hakimiyyətləri tərəfindən bu işlər həyata keçirilir” – deyə o, əlavə edib.
Ə.Bağırov həmçinin əlavə edib ki, bu il də İcra Hakmiyyətinin təşəbbüsü ilə dekabrın 31-də atəşfəşanlıq olacaq.
Gununsesi.info