Bakıda sex yanıb

  • By admin
  • 30 Aprel 2017 08:49

fhn-yangin-sonduren

Bakı şəhəri, Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan sexin içərisində 1 ədəd dəzgah və 1 ədəd elektrik sayğacı yanıb.

Sex yanğından mühafizə olunub.

Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info