Bakıda su hovuzunda 24-27 yaşlarında gənc batıb 

  • By admin
  • 22 Avqust 2017 16:14

bogulma

Fövqəladə Hallar Nazirliyinin (FHN)Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:50-də başa çatıb.

Anar

Gununsesi.info