Bakıda üç maşın toqquşdu – yaralılar var

  • By admin
  • 19 Yanvar 2018 20:37


Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.

 

Gununsesi.info