Bakıda yol qəzası baş verib - YARALILAR VAR

  • By admin
  • 13 Dekabr 2017 06:35

Bakıda minik avtomobilinin sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Şuşa şәhәrciyində “VAZ 2106” Əli Rzaevin idarə etdiyi “Daewoo” markalı 214 saylı xәtt avtobusu ilә toqquşub. Qəza nəticəsində “Jiquli”nin sürücüsü 1981-ci il təvəllüdlü Nәsibov Ramin Osman oğlu xәsarәt alıb.

İlkin məlumata görә, “Jiquli” sürәtlә gәlәrәk avtobusun yoluna çıxıb.

Araşdırma aparılır.

Gununsesi.info