Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı

  • By admin
  • 11 Dekabr 2017 22:54


Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 30 m2 sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfər kişi meyiti aşkar olunmuşdur. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info