Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

12 Oktyabr 2017 - 13:18

Bakıdakı məmur oğlunun öldüyü dəhşətli qəza ilə bağlıŞOK DETALLAR ÜZƏ ÇIXDI

589545 (1)

Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Gununsesi.info ölkə.az-a istinadən xəbər verir ki, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin aludəçisi olub. Hətta bir neçə dəfə Xalid Haqverdiyev idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən həbs edilib.

FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan “Howo” markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib.

O, yük avtomobilini sürətlə idarə etdiyi üçün idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü maşından aşağı atıb xilas olmaq istəyərkən, “Howo” avtomobilinin təkərləri altına düşüb.

Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli Rayon İcra Hakimiyyəti başçısının müavinin müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir.

Eyni zamanda Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur.

Gununsesi.info





loading...