Bakılı sürücü “VAZ-2107” ilə ABŞ-da əylənir - FOTO

  • By admin
  • 21 Avqust 2017 13:06

574503_02

Bakılı sürücünün “VAZ-2107” markalı avtomobili ABŞ-ın Nyu-York şəhərində kameraların obyektivinə tuş gəlib.

Gununsesi.info avtosfer.az-a istinadən xəbər verir ki, tanınmış avtobloq nuriyev.ws-in yaydığı fotoda maşının restoran önündə park edildiyi əks olunur.

Nömrə əvəzinə “I love NY, Baku55” (“Mən Nyu-Yorku sevirəm, Bakı 55”-red.) yazısından bilinir ki, avtomobil azərbaycanlıya məxsusdur.

Lakin bu avtomobilin okeanın o tayına hansı vasitə ilə aparıldığı naməlum qalıb.
Qeyd edək ki, Nyu-York Amerika Birləşmiş Ştatlarının əhali sayına görə ən böyük şəhəridir.

574503_01

Gununsesi.info