Bakının  gül bazarında Afrika “yeli” necə əsir?    - KİÇİK ARAŞDIRMA

  • By admin
  • 20 Sentyabr 2017 16:06

img1629741

Dövlət Gömrük Komitəsinin xarici ticarət dövriyyəsi ilə bağlı  son hesabatından məlum olur ki, ölkədən kapital çıxışı ölkəyə gələn valyutanı üstləyir.  Ümumilikdə, xarici ticarət əməliyyatlarında 9.2 faiz alama müşahidə edilir.

Burada İdxal  əməliyyatlarının həcmi 4.2 faiz azalıbsa,  ixrac üzrə bu azalma 12.6 faiz təşkil edir. Bununda başlıca səbəbi  neftin  xarici ticarətin ixracdakı payının  95 faiz civarında olmasıdır. Bir təfərdən neftin qiymətinin dünya bazarında aşağı düşməsi, digər tərəfdən hasilatın azalması ölkəyə daxil olan gəlirlərin 13 faizlik azalmasına yol açıb. Hökumət  tədiyyə balansının pozulmaması üçün idxal əməliyyatlarını inzibatı qaydada azaltmağa məcbur olub. Belə ki hesabatdan da aydın olur ki,   dövlət sektorunun idxaldakı payı 15.8 faiz azalıb. Özəl sekorda isə heç bir dəyişiklik baş verməyib.  Bu o deməkdir ki, ölkənin idxal asılılığı ildən-ilə dərinləşir. Hətta bu gün ən kasıb,  müharibə vəziyyətində olan dövlətlərdən belə məhsul idxal edirik. Həmin məhsulların siyahısına baxdıqda, onların bi qisminin Azərbaycanda istehsalının mümkün olduğunu demək olar.

Gununsesi.info Dövlət Statstika Komitəsinin yarımillik hesabatını istinad edərək bu tip ölkələrdən idxal olunan əməliyyatları bir araya topladı.

Məsələn,  Suriyadan bu ilin  yanvar-iyul aylarında 172.8 min dollarlıq məhsul idxal etmişik, amma heç bir ixracımız olmayıb.  Müharibə vəziyyətində olan və iqtisadiyyatı məhv edilən bir dövlətdən salat tərəvəzi, kahı, müxtəlif ədviyyatlar, ətriyyat və əczaçılıqda işlənən bitkilər, yuyucu-təmizləyici vasitələr alırıq.

Zambiya və Zimbabvedən 220 min dollarlıq məhsul almışıq, ixraclıq heç bir məhsul isə sartmamışıq. Bu ölkələrdən müxtəlif dekortaiv güllər,  bitkilər və tütün alınıb.

Dünyanın ən kasıb ölkəslərindən biri sayəlan Boliviyadan 10.2 min dollarlıq idxal həyata keçirmişik. Bu ölkədən əsasən, 1000 V-dan çox olmayan gərginlikli elektrik dövrəsi üçün avadanlıqlar almışıq.

Ekvadordan isə 12 milyon dollarlıq idxal həyata keçirilib.  Bu ölkədən müxtəlif dekorativ bitkilər, güllər banan və baş geyimləri  Azərbaycana gətirilib.

Gürcüstandan 32.8 milyon dollarlıq məhsul alıb, 237.5 milyon dollarlıq məhsul satmışıq. Məhsulların siyahısına baxdıqda qonşu ölkədən kənd təsərrüfatı məhsullari, diri mal-qara,  emal məhsulları ixrac edildiyini görmək olur. Azərbaycan isə Gürcüstana daha çox təbii qaz və neft məhsulları satıb.

Fələstinə də heç nə sata bilməsək də, oradan 53.2 min dollarlıq məhsul idxal edə bilmişik.  Sözügedən ölkədən daha çox şokolad və dərman vasitələri idxal olunub.

Keniyadan 302 minlik idxalığın qarşılığında cəmi 148 minlik ixrac həyata keçirə bilmişik. Bu ölkədən də əsasən dekorativ güllər və bitkilər, ət və ət məhsulları alınıb. Əsasən neft məhsulları ixrac etmişik.

Kot-diuardan 28.7 min dollarlıq məhsul idxal edilib. Buradan dekorativ güllər, hind qozu, təzə üzüm, qızıl balıq məhsulları ölkəmizə gətirilib.

Qanadan isə çap maşınları, kran, klapan, yol-tikinti maşınlarının hissələri və güllər idxal etmişik. Bu əməliyyatın həcmi 22.4 min dollar təşkil edib.

Dekarativ güllər, ağaclar və bitkilər aldığımız daha bir ölkə Qvatemaladır. Bu məhsullara cari ilin birinci yarımilliyində 52.3 min dollar ödəmişik.

Ümumilikdə, Azərbaycan 176 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Yuxarıdakı siyahıdan da məlum olur ki,  bəzi sahələr var ki, kasıb Afrika dövlətlərindən belə asılı vəziyyətdə qalmışıq. Qeyd edək ki, Azərbaycann gül bazarı tamamilə idxaldan asılı vəziyyətdədir. Burada ən böyük tərəfdaşımız Hollandıya sayılır.Təəssüf ki, bir zamanlar Bakı kəndlərində mövcud olan gülçülük təsərrüfatına maliyyə dəstəyin verilməməsi nəticəsində sıradan çıxarıldı. O isə Bakıda gülçülük təsərrüfatları  hətta xarci ölkələrə belə ixrac etmək gücündə idi.  İndi isə gülləri Bakıya uzaq Afrika səhralarından daşımalı oluruq.

Vüsalə Rüstəmova

Gununsesi.info