Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Dekabr 2017 - 12:16

Bakının məşhur geyim mağazasında Azərbaycan dilinə qarşı- HÖRMƏTSİZLİK (FOTO)

“Gənclik mall” ticarət mərkəzində yerləşən “Stradivarius” geyim mağazasında divara vurulan elan diqqət çəkib.

Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, hərf səhvləri ilə dolu olan lövhəni keçmiş müğənni Mehin Hümbətova sosial şəbəkədə paylaşıb və bunları qeyd edib:

“Mağazada geyim otağının qarşısındakı bu tablo ilə qarşılaşdım. Satıcılara narazılığımı da bildirdim. Kənarda bir ortayaşlı qadının menecerlə bu haqda danışdığının şahidi oldum. Bütün işçilər heç nə olmamış kimi sakit reaksiya verdilər. Yalnız konsepsiya yeniləndiyi zaman o elanı dəyişəcəklərini söylədilər.

Onu oradan çıxarmaq bu qədərmi çətindir? Dilimizi təhqir olunmuş formada gözümüzə soxursunuz. Heç dilinizə, milli dəyərlərinizə hörmət etmirsiniz? Axı siz də bu millətin balalarısınız. Bu məsələyə necə biganə qalırsınız? Onsuz da sovet dövründən dilimizdən qopmaq bilməyən yarım-yapalaq rus sözlərindən qurtula bilmirik. Bir də üstünə savadsız şəkildə türkləşmiş kəlmələrlə lövhələr böyüdüb mall-lardan asırsızın. Nə yaxşı ki, turistlər başa düşmürlər”.

Gununsesi.info