XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 22:48

Bakıya səfər etməklə məqsədimizə nail olduq- RUDEV

rudev
Azərbaycan Respublikası Bolqarıstan Respublikasının xarici siyasət prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan yüksək və ali səviyyədə böyük dinamika ilə səciyyələnir. İcazə verin, qeyd edim ki, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq.

Gununsesi.info xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə görüşündə bildirib.

“Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim”, – Rudev söyləyib.

Gununsesi.info




loading...
Loading...