“Balerinanın çörəyi ayaqlarından çıxır…” - KAMİLLA HÜSEYNOVA - FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2017 11:48

1417602118_1

Tamaşa vaxtı tərəf-müqabilin təhlükəli hərəkətlərdə səni qaldıra və ya saxlaya bilmirsə, həyatın təhlükə qarşısında qalır. Kənardan tamaşaçıya  kəpənək kimi görünən balerinanın çəkisi tərəf-müqabili üçün xoş olmaya bilər. Baletdə əsasən balerinaların çəkilərinə diqqət yetirməsi çox önəmlidir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq Artisti, “Qızıl dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova Gununsesi.info-ya müsahibəsində balerinaların heç kimə bəlli olmayan həyat tərzindən danışıb.

– Kamilla xanım, balerina ayaqlarını daşımaq çətindirmi?

– Bəli. Baletdə balerina üçün ən önəmlisi, onun sahib olduğu ayaqlarınım gözəl görüntüsüylə yanaşı, həm də sağlam formada olmasıdır. Hər kəs bilir ki, balerinalar parlaq görünürlər. Ancaq balet, eyni zamanda,  titanik zəhmət tələb edir. Tamaşadan az öncəyədək artistlər balet siniflərində  dəzgahlarda hədsiz məşğul olurlar.  Balirinalar üçün sağlam ayaq heç də dəbdəbə deyil, əksinə,  ona peşə fəaliyyətində zirvələri fəth etməyə, uğur və şan-şöhrət qazanmağa yardımçı olan “instrument”dir. Ümümüyyətlə, bu sahənin peşəkarları hədsiz travmalar aldıqlarından  peşə xəstəliyi qaçılmazdır. Üstəgəl gündəlik yorğunluq. Ona görə də biz  təkcə özümüz üçün deyil, peşəmiz xatirinə də sağlamlığımıza diqqət göstərməliyik ki, ayaqlarımız formada olsun.

– Sağlıqlı ayaqlara necə sahib olmalı?

– Baletlə erkən uşaqlıq illərindən məşğul olunduğundan ayaqlarımız yüklənmələrə vərdiş edir. Xeroqrafiya məktəbindən sonra peşəkar fəaliyyət göstərəndə, xüsusi ilə də solistlərdə bu özünü daha qabarıq  biruzə verir. Odur ki, ayaqlara xüsusi diqqət və qayğı göstərilməlidir. Balerinalar üçün hər repetitsiyadan sonra ayaqların dincəlməsi çox vacibdir. Ona görə də, sakitləşdirici və tonuslaşdırıcı vannaların edilməsi lazımdır. Banna edildikdən sonra isə  ayaqlara mütləq tonuslaşmanı düzənləyən krem və mazlar çəkilməlidir. Çalışmaq lazımdır ki, söylədiklərim hər gün edilsin. Bunları yerinə yetirmək, sadəcə, zəruridir. Əgər axşam bu prosedur edilməzsə, onda ertəsi gün ayaqlarının yorğun olduğunu hiss edirsən. Hətta bəzən elə ağrilar olur ki, ayaq üstə dayanmaq çətinləşir. Odur ki, ayaqların yoğunluğunu çıxarmaq üçün müxtəlif duzlarla vanna etmək lazım gəlir. Həmçinin, fizioterapiya və massaj da kara gəlir.

– Balerinaların pəncələri inanımaz ağırlıq daşıyır barmaqlarınızı necə qoruyursunuz? Qu yerişinin müsbət və məfi cəhətləri…

– Bəli, balerina ayaqları inanılmaz ağırlıqları daşımaq zorundadır. Xüsusilə də, barmaqlarımız. Bəzən barmaqlar deformasiyay uğrayır, biri o birinin üzərinə keçir. Yeri gəlmişkən, bu həm də ondan asılıdır ki, xeroqrafiya məktəbində barmaqların üzərində düzgün dayanmağı nə dərəcədə doğru öyrədiblər. Əgər balerinaların  pəncələrinə qulluqdan danışsaq, bunun üçün xüsusi olaraq geldən hazırlanmış sarğılar və ya cibliklər var. Lakin bütün bunlara baxmayaraq, onsuzda puantada pəncələrə ağırlıq düşür və barmaqların falanqası  deformasiyaya uğrayır.  Hərdən məşqdən kənar yerlərdə falanqaları formaya salan xüsusi rezinlərdən istifadə olunur. Bir misal çəkim; bir balerinanın  falanqasında sınıq olur. Rentgen edilərkən məlum olur ki, 35 yaşlı balerinanın pəncəsi 70 yaşlı qadınınkı kimidir. Bax balerina ayaqları belə çətinliklərdən keçməli olur. Müsbəti isə odur ki, hər kəs hansı çətinliklərdən keçdiyini bilməsə də, qu yerişli balerina ayaqlarına sahib olmaq istəyir.

– Zərif peşənin qəddar xəstəliyi nədir?

– Sınıqlar, deformasiyalar, revmatizma, qidada kalsium çatımazlığı və fiziki yükün ağırlığından osteoporoz, osteoartoz, tromboflebit, atereoskleroz, amenoreya… Biz çalışırıq ki, həmişə özümüzü formada saxlayaq nə qədər ki, rəqs edirik, hamımız “balaca oglalar və qizlarıq”. Sonadək, səhnəni tərk edənədək. Artistlər arasında  ən gənc və yaşlı nəsil söhbəti yoxdur. Təbii ki, özündən böyüklərə hörmət var. Lakin balet gəncliyi sevir. Ona görə də, daim gənc qalmağı bacarmaq lazımdır.

– Sağlıqlı bəslənmədə nələrə üstünlük verirsiniz?

– Balerina istər-istəməz qida rasionuna diqqət yetirməlidir. Balet artisti doyunca yeməlidir.  Əslində, kiçik porslarla gündə 4-5 dəfə yeməlidir. Lakin etiraf edim ki, bu bizdə çox vaxt alınmır. Odur ki, əsasən səhərlər naharda daha kalorili olmasa da, xeyirli qidalanıram. Yaxşı qidalandıqda axşamadək toxluq hissini qorumaq olur. Birdə ki, səhərlər metobalizm aktivliyi pik həddə olub, axşama doğru azalır. Çox vaxt günortalar məşq vaxt çatdırmadığımızdan, sonra isə tamaşa  başladığından axşamlar saat 10-a,11-ə kimi ac qalırıq. Evə qayıtdığımızda isə daha çox maye qəbul edirik. Qidalanmada özümə heç nəyi qadağan etmirəm. O çümlədən, şirniyyat və xəmir məmulatlarını. Çalışıram ki, hər gün kalsiumu bol olan yeməklər və ya ərzaqla qidalanım. Çünki, güc və enerji toplamam üçün bu vacibdir. Gün ərzində su və ya şirəni kifayət qədər qəbul edirəm. Qışda və payızda daha çox ət və ət məhsulları, yay və yayda isə meyvə tərəvəz qidalanmada əsas komponentlərdir. Sintetik yqidalardan qaçıram. İlk illərdə ümumiyyətlə dietaya ehtiyacim yox idi. Bədənimin quruluşu elədir ki, əvvəldən ariğam və kökəlməyə meyilli deyiləm. Məzuniyyət vaxti məşq etmədiyimdən bir az kilo alıram. İşə qayıtdığımda isə, düzgün fiziki yüklənmə etdiyimdən qısa zamanda artıq çəkidən azad oluram.   Artıq çəkidən ilk növbədə tərf-müqabillər əziyyət çəkir.  Onların bel sütununda bununla bağlı yırtıqlar yaranır. Kimsə nəzakət hissindən bunu biruzə verməsə də nəticə ürəkaçan olmur. əgər tərəf müqabilin seni qaldıranda işgəncəsi üzündən bilinirsə, demeli balet deyil, incəsənət deyil, yüngül atletikadır….

– “Vecimə deyil” ifadəsinin balerinaya gətirdiyi problemlər hansılardır?

– Əgər “Vecimə deyil” ifadəsini işlədirsə, deməli, tezliklə işdən azad olunma qaçılmazdır. Elə də ola bilər ki,  çəki artdıqca tərəf-müqabillərin tədricən səni başqasına dəyişsin. Tamaşalarda nəinki əsas rollar, heç ikinci dərəcəli rolları da almaysan. Birdə xoreqrafiya məktəbini bitirənlərin hamısı teatra düşə bilmir.

– İdeal çəkini qoruma metodlarınız varmı?

– Əlbəttə, hər artistin ideal çəki anlayışına öz yanaşması var. Bu boyun hündürlüyündən, skletin qruluşundan da asılıdır. Kardobalet üçün ideal çəki  fərdi yanaşmadır. Bunun üçün dietalar da qaçılçazdır. Buna balerina dietasi da deyirlər. Qızım doğulanadək 41 kq idim. Hazırda 47 kq-yam və ayaqlarım bu ağırlığı hiss edir. Əslində, gündəlik hərəkətdə olduğumuzdan istər-istəməz çəkini qorumalıyıq. Baletdə primalar mütləq enerjidolu olmalıdırlar. Yoxsa, onun peşəkar fəaliyyəti üçün heç bir şansı qalmaz. Birdə ki, balerina dietası orqanizmi lazimi mineral və vitaminlərlə təchiz etmir. Bu çatışmamazlığı həkimlərin  məsləhət bildiyi poluvitamin kompleksləri hesabına doldurursan. Ondansa, daha çox məşq edib normal qidalanmanı yandırmaq mümkündür.

– Təqaüdədək “Sevdiyim çəki” anlayışı mövcuddurmu?

– Belə bir çəki mövcuddur. Ən pis halda 50 kq olmalısan. Mənim sevdiyim çəki 41 kq-dır. Çalışıram ki, bu çəkini bərpa edim. Tamaşa vaxtı  tərəf-müqabilin təhlükəli hərəkətlərdə səni qaldıra və ya saxlaya bilmirsə, həyatın təhlükə qarşısında qalır. Teatrda baletlə məşğul olan hər kəsin müxtəlif travmaları olur. Yəni bu kənardan tamaşaçıya  kəpənək kimi görünən balerinanın  çəkisi tərəf-müqabili üçün xoş olmaya bilər.  Baletdə əsasən balerinaların çəkilərinə diqqət yetirməsi çox önəmlidir.

– Nəcib peşənin nanəcib təhlükəsi hansılardır?

– Çəki alma və peşə xəstəliklərinin gətirdiyi bəlalar. Sümük sınmaları, burxulmalar, qabarlar, çatlar. Kənardan Qu gözəlliyini izləyənlər bunun nəyin bahasına başa gəldiyini demək olar ki, bilmirlər.

– “Formadayam”ın kriteriyalarına nələr aiddir?

– Əgər səhnədə puantada rahat hoppanıb düşə bilirsənsə, deməli, formadasan. Eyni zamanda, standart olan bütün dietalar, saat 18:00-dan sonra yemək kateqorik olaraq qadağandır. Məşqlərdə cani-dildən hərəkət etmək , maddələr mübadiləsinin tənzimlənməsinə nəzarət etmək lazımdır. Təmiz hava, ekoloji təmiz qidalar da böyük rol oynayır. Ən başlıcası ayaqlara qulluq! Balerinanın çörəyi ayaqlarından çıxır…

– Bir günün ardıcıllığı…

– Məndə gün ailədən başlayır. Səhər erkən oyanıram ailəmin qayğılarını çəkməliyəm. Daha sonra  vitaminlə  zəngin nahar  və… səhnə həyatı başlayır. Məşqlər,  bədənin  və ayaqların normal hərəkət etməsi üçün qızışdırıcı hərəkətlərin edilməsi, tamaşalar. Daha sonra  üzgün  ancaq xoş yorğunluqla səhnəni tərk edirsən. Evə qayıdırsa, çox istəyərdim ki bunu xoşbəxtlik adlandırım, ancaq ailənin də öz problemləri, qayğıları var. Yenidən səhnəyə qayıtmaq üçün…

– Sizin üçün “Sağlamlıq formulası” nədir?

– Hər şeydən əvvəl özünü yaxşı hiss etmə. Sağlam qidalanma, travmasız məşqlər və tamaşalar, normal istirahət və problemsiz həyat. Təbii ki, bir də  bizim işin apofiozu tamaşanın sonu və tamaşaçı alqışıdır… Əgər artistin tamaşaçı tərfindən təsdiqləndiyini göstərən alqış sədaları yoxdursa, deməli o heç nəyə nail olmayıb.

????????????????????????????????????

IMG_9682

haq5

14623982314723339315_1000x669

14623982312407230633_1000x669

0c382e9a4b58fd6f66b9f7cdde6abcb3DSC07329

Gülnaz Qənbərli

Gununsesi.info