“Bandotdel” Gəncədə xüsusi əməliyyat keçirdi - MƏŞHUR AVTORİTETLƏRLƏ ƏLAQƏDƏ OLAN ŞƏXSLƏR SAXLANILIB

  • By admin
  • 02 Dekabr 2017 14:30

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) dünən Gəncə şəhərində xüsusi əməliyyat keçirib.

Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, əməliyyat zamanı kriminal aləmə meylli olan bir neçə nəfər saxlanılıb.

Verilən informasiyada deyilir ki, onlar arasında keçmişdə məhkumluq həyatı yaşayanlar da var. Həmin şəxslərin bir sıra məşhur kriminal avtoritetlərlə əlaqədə olduqları müəyyən edilib. Lakin onların konkret hansı ittihamla həbs olunmaları hələlik açıqlanmır.

Onu da nəzərinizə çatdıraq ki, sözügedən əməliyyat zamanı saxlanılan şəxslər Gəncədən Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib.

Sonda onu da nəzərinizə çatdıraq ki, təxminən ay yarım öncə Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri – 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında atışma olub. Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verən hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Gununsesi.info