Bankı soymaq üçün tunel qazdılar və 480 min dollar apardılar

  • By admin
  • 22 Noyabr 2017 11:02

Bankı soymaq istəyənlər ora qonşu binanın altından tunel qazıblar və tunel qazıntısı altı ay davam edib. Nəticədə onlar bankdan 480 min dollar oğurlayıblar.

Gununsesi.info “Daily NatioN”a istinadən xəbər verir ki, hadisə Keniyanın Tika şəhərində baş verib.

Bankla qonşuluqda polis idarəsi yerləşsə də kimsə belə bir tunel qazıntı işləri aparılması ilə bağlı hər hansı şübhəli məqam müəyyənləşdirə bilməyib. Dəstə çox professional formada işləyib. Hadisə təsadüf nəticəsində aşkarlanıb. Bankın menecerlərindən biri polis çağıraraq seyfdən yanıq iyinin gəldiyini deyib. Bundan sonra polis bina və onun ətrafını, bitişik binaları yoxlayıb. Nəticədə binanın altında tunel aşkar ediblər.

Bundan sonra həyata keçirilən əməliyyat nəticəsində polis 3 nəfər şəxsi şübhəli qismində saxlayıb. Onlardan ikisi kişi, biri isə qadındır. Polis  digər şəxslərin də hadisənin iştirakçısı olduğu qənaətindədir.

Oğrular tuneli banka yaxınlıqdakı kitab mağazasının altından qazıblar. Hansı ki, şübhəli qismində saxlanılan üç şəxs həmin mağazada üç köşk icarəyə götürüblərmiş. Onlar tuneldə qazdıqları torpağı qutulara yığaraq gizli formada çıxarıblar.

Gununsesi.info